İyunun 28-ində D.01.91 dissertasiya şurasının iclası olmuşdur. İran İslam Respublikasının vətəndaşı Şəms Azğan Cəlilqulu oğlu “Qaradaq silsiləsi və ətraf ərazilərin geomorfologiyası" mövzusunda coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Mövzu İİR-dakı Qaradağ silsiləsi paleocöğrafiyasına, geomorfologiyasına və landşaftına həsr edilmişdi. İlk dəfə olaraq ərazi üçün məsafədən zondlama materialları və onların coğrafi informasiya sistemləri texnologiyaları vasitəsilə təhlil əsasında təhlükəli geomorfoloji proseslərin tədqiqi metodologiyası hazırlanmış, ərazinin sürüşmə və yarğan eroziyası təhlükəliliyinin qiymətləndirilməsi həyata keçirilmişdir.
Elə həmin gün Coğrafiya İnstitutunun sabiq aspirantı Umayra Rauf qızı Tağıyeva “meteologiya” ixtisasında “Müasir iqlim dəyişmələri şəraitində Gəncə-Qazax iqtisadi rayonunun aqroiqlim ehtiyatlarının qiymətləndirilməsi” mövzusunda coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Dissertasiya işində Azərbaycanın ən əhəmiyyətli iqtisadi-coğrafi rayonlarından biri olan Gəncə-Qazax ərazisinin iqlim və aqroiqlim ehtiyatları araşdırılır, qlobal iqlim dəyişmələri fonunda bu ehtiyatlar yenidən qiymətləndirilir, kənd təsərrüfatı və digər sahələr üçün adaptasiya tədbirləri müəyyənləşdirilir.