Elmi seminar 2013-06-13 13:40:00 / ELMİ İCLASLAR

Coğrafiya İnstitutunun 12 iyun 2013-cü il tarixində keçirilən növbəti seminarında Qurunun  hidrologiyası  və  su ehtiyatları  şöbəsinin elmi işçisi, coğrafiya elmləri  namizədi Cuma  Həzrət oğlu Məmmədovun “Böyük Qafqazın Azərbaycan hissəsində sellərin formalaşmasının hidrodinamiki qanunauyğunluqları” mövzusunda məruzəsi dinlənildi.

Məruzə ətrafinda müzakirələr aparıldı, elmlər doktorları  R.Qaşqay, T.Tatarayev, E.Əlizadə, R.Qardaşov, elmlər namizədi M.Həsənov aparılan  tədqiqat işinə öz münasibətlərini bildirdilər, onun  daha da təkmilləşdirilməsini  məqsədəuyğun hesab etdilər.

3-5 iyun 2013-cü il tarixlərində keçirilən Beynəlxalq elmi-praktiki konfransın nəticələri barəsində təşkilat komitəsinin hesabatı dinlənildi. (Hesabat veb səhifəsində çap edilib) İnstitutun direktor əvəzi, AMEA-nın müxbir üzvü R.Məmmədov konfransın keçirilməsində iştirakı olan bütün əməkdaşlara öz minnətdarlığını bildirdi, geomorfologiya və təbii risklər şöbəsinin böyük elmi işçisi, c.e.n. R.Abdullayevin əməyini xüsusilə qeyd etdi, Coğrafiya Cəmiyyətinin veb səhifəsinin yaradılmasının vacibliyini bildirdi.

C.e.d. B.Ələsgərov Coğrafiya Cəmiyyətinin əsərləri seriyasından konfrans iştirakçılarının məqalələrinin toplusu olan XVIII cildin yenidən çap olunmasını arzu edənlərin istəyini diqqətə çatdırdı.