Konfransin yekunu 2013-06-05 17:36:00 / KONFRANSLAR

Elmi-praktiki konfrans İyunun 5-də Coğrafiya İnstitutunun konfrans zalında AMEA-nın müxbir üzvü R.M.Məmmədovun sədrliyi ilə öz işini davam etdirdi İclasda M.S.İsmayılovun “Azərbaycanda landşaftların təbii ehtiyat potensialının   qiymətləndirilməsi və ondan səmərəli istifadə edilməsi”, X.Ş.Rəhimovun “Gözlənilən iqlim dəyişmələrinin ətraf mühitə və Azərbaycan əhalisinə təsirinin qiymətləndirilməsi” mövzusunda məruzələri, xarici qonaqlar – akademiklər V.F.Loginov, L.Q.Rudenko, professor A.R.Medeunun çıxışları  dinlənildi. Sonra konfransın qərar qətnaməsi oxundu, Qətnamə bir neçə əlavə və dəyişikliklərlə yekdilliklə qəbul edildi.

Coğrafiya İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü R.M.Məmmədov yekun sözü ilə çıxış edərək konfrans iştirakçılarına təşəkkürünü bildirdi, onlara öz işlərində uğurlar arzu etdi. Bununla da konfrans öz işinə yekun vurdu.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019