Dissertasiya şurasının seminarı 2013-05-31 11:32:00 / ELMİ İCLASLAR

30.05.13-cü ildə Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən D.01.91 Dissertasiya Şurasının ixtisaslaşdırılmış seminarı keçirilmişdir.

Seminarda BDU-nun Fiziki Coğrafiya kafedrasının müdiri c.e.n. dosent Yaqub Əli oğlu Qəribovun 5408.01. Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftın geofizikası və geokimyası ixtisasında coğrafiya üzrə elmlər doktoru  elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasının müasir landşaftlarının antropogen transformasiyası və optimallaşdırılması problemləri”  mövzusundakı disertasiya işi müzakirə edilmişdir.  Seminar dissertasiya  işinin  növbəti mərhələyə buraxılması haqqında qərar qəbul etmişdir.