Elmi şura ilə elmi seminarın birgə iclası 2013-04-03 13:56:00 / ELMİ İCLASLAR

2013-cü il aprelin 3-də Coğrafiya institutunun növbəti Elmi seminarı ilə Elmi şurasının birgə iclası keçirilmiş, aşağıdakı məsələlərə baxılmışdır:

1. Əlizadə Elbrus Kərim oğlunun "Azərbaycan Avropa və Asiyanın təmas körpüsüdür" mövzusunda məruzəsi.

2. 2013-cü ildə AMEA-nın Coğrafiya institutunda yüksək ixtisaslı elmi kadrların hazırlanması ilə əlaqədar (doktorantura və dissertasila yolu ilə) zəruri  kadr ehtiyacına uyğun sifarişin verilməsi haqqında.

3. İnstitutun dissertantı Rzayeva Solmaz İsaq qızının "Onkoloji xəstəliklərin əmələ gəlməsi və yayılmasına ekocoğrafi mühitin təsiri (Azərbaycan ərazisi daxilində") mövzusunda dissertasiya işinin birinci elmi rəhbəri akademik B.Ə.Budaqovun vəfatı ilə əlaqədar ona yeni elmi rəhbərin təyin edilməsi haqqında.

4. Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə elmləri doktoru E.S.Kərimovanın Elmi Şuranın siyahısında gənc alim kimi fəaliyyətinin dayandırılması və onun əvəzinə həmin şöbənin gənc alimi elmi işçi Ələkbərova Samirə Oqtqy qızının üzvlüyə daxil olması haqqında.

5. Azərbaycan əhalisi və sosial inkişafı şöbəsinin əməkdaşı, k.e.i Zaur Aydın oğlu Qasımovun ağırlıq qaldırma üzrə Avropa Çempionatında 2-ci yeri tutaraq gümüş medal alması münasibətilə təbrik edilməsi.