DISSERTASIYA IŞININ MÜZAKİRƏSİ 2013-03-28 14:53:00 / ELMİ İCLASLAR

2013-cü il, martın 27-sində institutun Geomorfologiya və təbii risklər, Landşaftşünaslıq və landşaft planlaşdırılması, Azərbaycanın ıqtisadi və siyasi coğrafiyası və Azərbaycan əhalisi və sosial inkişafı coğrafiyası şöbələrinin genişləndirilmiş iclası keçirildi.

İclasda Mətanət Ramazan qızı Müsayevanın "Azərbaycan Respublikası təsərrüfatının inkişafı və ərazi təşkilinə daşqın hadisəsinin təsirinin iqtisadi coğrafi tədqiqi" mövzusunda dissertasiya işinin müzakirəsi oldu və dissertasiya işinin növbəti mərhələyə buraxılması qərara alındı.