İnstitutun akt zalında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Ramiz Məmmədov açaraq, 20 Yanvar faciəsinin Sovet imperiyasının süqutu olaraq Azərbaycan müstəqilliyinin bərpasından, SSRİ rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyindən və əyilməzliyindən danışdı.
Coğrafiya elmləri namizədləri Nazim Əhmədov, Habil Haqverdiyev, elmi işçi Zahid Əhmədov və s. həmçinin, söz alaraq 20 Yanvar gecəsinin Azərbaycan tarixinə öz azadlıq və ərazi bütövlüyü uğrunda xalqımızın qəhrəmanlıqla apardığı mübarizliyi kimi yazıldığını və ölkənin firavan, müstəqil gələcəyi naminə öz həyatlarını qurban vermiş şəhidlərin xatirəsini hər birimizin daim yadda saxlayacağını vurğuladılar.