Xocalı faciəsinin 24-cü ildönümü 2016-02-29 21:54:00 / MÜHÜM HADİSƏLƏR

Fevralın 26-da Coğrafiya İnstitutunda Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

Tədbir iştirakçıları Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, bu amansız təcavüz nəticəsində Xocalı darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Ermənistan–Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürülmüş, 50 min nəfərdən çox insan yaralanmış  və əlil olmuş, ölkəmizin ərazisinin 20 faizi işğal edilmişdir, xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qalmışdır.

İnstitutun həmkarlar  təşkilatının sədri, c.e.f.d. Habil Haqverdiyev məruzəsində bildirib ki, dinc əhaliyə qarşı törədilmiş bu vəhşiliyə  beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət veriləcəyinə inanır.

İnstitut əməkdaşları – a.ü.f.d. Ənvər Əliyev, elmi işçi Etibar Bədəlov, c.e.d. Rəna Qaşqay və başqaları çıxış edərək Xocalı hadisəsini misli görünməmiş soyqırım adlandırıblar.