Fevralın 24-də akademik Ramiz Məmmədovun sədrliyi ilə Coğrafiya İnstitutunun elmi şurası ilə elmi seminarının növbəti birgə iclası keçirilib.
İnstitut Həmkarlar Təşkilatını sədri, c.ü.f.d. Habil Haqverdiyev AMEA İşlər İdarəsi və Həmkarlar Təşkilatının birgə iclasında müzakirə olunan məsələlər - işçilərin əmək intizamı və mədəni istirahətinin səmərəli təşkili barəsində məlumat verib.
Sonra Azərbaycan İqtisad Universitetinin müəllimi, Cİ-nin dissertantı Cəfərova Firuzə Mübariz qızının “Böyük Qafqaz təbii coğrafi rayonunun heyvandarlığın müasir inkişaf xüsusiyyətlərinə görə rayonlaşdırılması” mövzusunda məruzəsi dinlənilib.
Cİ Azərbaycanın əhalisi və sosial problemləri şöbəsinin elmi işçisi Tahirova Hicranın “Naxçıvan MR-da miqrasiyanın demoqrafik proseslərə təsirinin iqtisadi coğrafi problemləri” mövzusunda monoqrafiyasının çapa təqdim olunması haqqında məsələ müzakirə edilib və əsərin çap olunmaq üçün “Xəbərlər” jurnalına təqdim edilməsi tövsiyə olunub.