EŞ və ES birgə iclası 2015-12-02 23:46:00 / ELMİ İCLASLAR

Cİ-nin Elmi surası ilə elmi seminarının akademik Ramiz Məmmədovun sədrliyi ilə   keçirilən növbəti birgə iclasında İran İslam Respublikasının vətəndaşı, BDU –nun Coğrafiya Fakültəsinin doktorantı Heydəri Arançı Heydərəlinin «Qarasuçay hövzəsinin su balansı»  mövzusunda məruzəsi dinlənildi və  müzakirə olundu.

Cİ-nin sabiq aspirantı Şahnaz Əmənova “Acınohur öndağlığı landşaftlarının antropogen transformasiyasının GİS mühitində tədqiqi” mövzusunda məruzə ilə çıxış etdi.

Sonra institutun kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov Coğrafiya İnstitutunun yeni nizamnaməsi ilə şura üzvlərini  tanış etdi və  nizamnamə əsas kimi qəbul edildi.

 X.Rzazadə,

Cİ-nin ictimai əlaqələrə məsul əməkdaşı