Noyabrın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib. İclasda İnstitutun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, c.ü.e.d. Starə Tarixəzərin E.K Əlizadə və S.Q.Məmmədov ilə birgə işlədikləri “Böyük Bakı ərazisində təhlükəli geomorfodinamiki proseslərin inkişafının qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib.
Sonra akademik Ramiz Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə təltif olunan əməkdaşlarını İnstitut rəhbərliyi adından təbrik etdi.