Elmi şuranın iclası 2015-10-07 23:14:00 / ELMİ İCLASLAR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə  oktyabrın 7-də Coğrafiya İnstitutunun Elmi Şurasının iclası keçirildi. Direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə doktoranturaya qəbul və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün proqram və test tapşırıqlarının tərtibi haqqında məlumat verdi.

Sonra elmi katib Luiza Salayeva Cİ-nin elmi-tədqiqat şöbələrinin  2015-ci ildəki elmi və elmi-təşkilatı fəaliyyətini əks etdirən illik hesabatı haqqında məlumat verdi, qeyd etdi ki,  şöbələr  illüstrasiya materialları əks olunmaqla informasiya hesabatlarını oktyabrın 20-dək təqdim etməlidirlər.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2020