MM "xəbərdarlıq" məşqi 2015-10-18 23:09:00 / TƏDBİRLƏR

Oktyabrın 15-də AMEA H.Əliyev adına  Coğrafiya İnstitutunda hərbiləşdirilməmiş Mülki müdafiə dəstələri ilə xəbərdarlıq “Toplanış” məşqi keçirilib.

     İnstitutun elmi işlər üzrə direktor müavini, Fövqəladə hallar komissiyasının sədri, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə iclası açaraq məşqin keçirilməsinin əhəmiyyətindən, xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, eləcə də  məşq zamanı ortaya çıxa biləcək çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışdı.

Sonra İnstitutun mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev xəbərdarlıq “Toplanış” məşqinin xüsusiyyətləri haqqında məlumat verdi və bununla əlaqədar İnstitut əməkdaşlarının məlumatlı olmalarının vacibliyindən söhbət açdı.  O həmçinin, oktyabrın 7-də AMEA-nın II xüsusi şöbəsinin və FHN-in yanğınsöndürmə idarəsinin iştirakı ilə keçirilən seminar haqqında da məlumat verdi.