Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov “Enerji, Su Ehtiyatları və Ekoloji Sistemlərin Davamlı İnkişafına dair” 10-cu Beynəlxalq Konfransda iştirak etmək üçün sentyabrın 27-dən oktyabrın 2-dək Xorvatiya Respublikasının Dubrovnik şəhərinə ezam edilmişdir.
Xorvatiyanın Zaqreb Universitetinin və Portuqaliyanın Ali Texniki İnstitutunun təşkilatçılığı və daha 13 ölkənin universitetlərinin dəstək və tərəfdaşlığı ilə 5 gün davam edəcək konfransda Avropa, Asiya və Amerika qitələrindən 600-dək tədqiqatçı alim və ekspertin məruzə edəcəyi gözənilir. R.Kərimov konfransın IncoNet Şərq Tərəfdaşlığı proqramının enerji üzrə nəzərdə tutulmuş xüsusi texniki sessiyasında “Azərbaycanda günəş və külək enerjisinin istehsalı: meyllər, son dəyişikliklər və əlaqədar ekoloji təsirlər” mövzusunda çıxış edəcək.