İyulun 22-də "Azərbaycanın iqtisadi və siyasi coğrafiyası", Azərbaycanın əhalisi və sosial inkişafi coğrafiyası", "Landşaftşünaslıq və landşaft planlaşdırılması" və "Xəritəçilik və coğrafi informasiya" şöbələrinin birgə iclasında İctimai televiziyanın əməkdaşı, eyni zamanda, Coğrafiya İnstitutunun dissertantı Babayev Natiq Qubad oğlunun c.ü.f.d. elmi dərəcəsi almaq üçün "Kəlbəcər-Laçın regionu oykonimlərinin ərazi-məkan xüsusiyyətləri" mövzusunda yazdığı elmi işin müzakirəsi keçirilib. Qərara alınıb ki, qeyd edilən nöqsanlar düzəldikdən sonra iş yenidən müzakirəyə çıxarılsın.