Coğrafiya İnstitutunun Elmi Şurası ilə Elmi Seminarının iyunun 10-da növbəti birgə iclası keçirilib.
İclasda Rusiyanin Orenburq şəhərində keçirilmiş “Şimali Avrasiyanın çölləri” konfransında iştirak edən Ekocoğrafiya şöbəsinin müdiri, a.ü.f.d., dos. Ə.A.Əliyevin “Samur-Dəvəçi ovalığının ekocoğrafi problemləri və onların optimallaşdırılması yolları” mövzusunda hesabat məruzəsi dinlənilib.
Sonra Coğrafiya İnstitutu tərəfindən hazırlanacaq "Naxçıvan Muxtar Respublikasının coğrafiyası" adlı 2 cildlik monoqrafiyanın struktur layihəsi müzakirə olunub, hazırlanmasına fəsillər üzrə cavabdeh olan alimlər dəqiqləşdirilib.
İclasda Coğrafiya İnstitutunun 70 illik yubileyi ilə əlaqədar 16-17 iyun tarixlərində baş tutacaq səyyar elmi yürüşlə bağlı məsələlər də müzakirə olunub.