Coğrafiya İnstitutu Dissertasiya Şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçırılən iclasında Qazaxıstan Respublikasının vətəndaşı, S.M.Kirov adına Qazax Dövlət Universitetinin müəllimi Jambekov Xayrulla Nişanoviçin 2508.01 -geoekologiya ixtisasında Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qazaxıstan Respublikasının ərazi daxilində Sırdərya çayı hövzəsinin radioaktiv və kimyəvi çirklənməsinin ekoloji qiymətləndirilməsi” mövzusubda dissertasiya işinin müdafiəsi oldu.
Gizli səsvermə yolu ilə X.N.Jambekova cografiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edildi.