Aprelin 13-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Naxçıvan coğrafiyası” kitabının müəllifləri ilə görüş keçirib.
Məqsəd kitabın “İqtisadi coğrafiya” adlanan ikinci cildinin çapını sürətləndirmək, onun daha yüksək səviyyədə hazırlanmasına nail olmaqdan ibarət olub. İnstitut rəhbəri kitabda çap olunacaq materialların ilkin variantlarının bölümlər üzrə aprelin 25-dək təqdim olunmasını tövsiyə edib.