AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bu il mayın 19-da Türkiyənin İstanbul şəhərində Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Elm və Texnologiya üzrə İşçi Qrupunun növbəti görüşündə iştirak edib.
Tədbirdə 11 ölkədən – Türkiyə, Yunanıstan, Serbiya, Rusiya, Ukrayna, Moldova, Rumıniya və sairdən nümayəndələr iştirak edirdilər. Görüşü keçirməkdə məqsəd 2014-cü ilin dekabrında Bakı şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı texnologiya sahəsində hədəfləri müəyyənləşdirilmiş Beynəlxalq konfransın keçirilməsi, elm və texnologiya sahəsinə xüsusən gənclərin cəlb olunması və bu sahədə onların fəaliyyətinin gücləndirilməsi üçün tədbirlərin görülməsi idi. Görüşdə akademik Ramiz Məmmədov gənclər üçün uyğun fondun yaradılması imkanının müzakirə olunması təklifini irəli sürmüş və təklif qəbul edilmişdir. Tədbirdə QDİYŞ-ın Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq məsələlərinə də baxılmışdır.