Coğrafiya İnstitutunun Elmi Şurası ilə Elmi Seminarının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti birgə iclasında İran İslam Respublikasının vətəndaşı Məhəmmədkazım Cəmşidinin “Zəncan ostanının iqtisadi-coğrafi səciyyəsi və İran İslam Respublikasının təsərrüfat sistemlərində yeri” mövzusunda məruzəsi dinlənilib.
Sonra 2015-ci il, mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində keçiriləcək “Ulu öndər H.Ə.Əliyevin anadan olmasının 92-ci ildönümü və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun yaranmasının 70 illiyi” mövzusunda yubiley konfransına təqdim ediləcək mərüzələrin müzakirəsi keçirilib.