Səyyar tədbir 2015-05-04 21:01:00 / MÜHÜM HADİSƏLƏR

Bu gün Coğrafiya İnstitutunun 70 illiyinə hazırlıqla əlaqədar yığıncaq keçirildi.

İclasa sədrlik edən Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə İnstitutun direktoru, akademik Ramiz Məmmədovun təklifi ilə

İnstitutun 70 illik yubileyi ilə əlaqədar tədbirlər planına salınmış səyyar elmi səfər barədə məlumat verdi. O  bildirdi ki, təbliğat-təşviqat xarakteri daşıyan bu tədbiri keçirməkdə əsas məqsəd AMEA Coğrafiya İnstitutunun 70 illik fəaliyyəti dövründə qazanılmış nailiyyətlərlə əhalini tanış etmək, insanlarımızı coğrafiyanın əhatə etdiyi  tədqiqat sahələri haqqında məlumatlandırmaq,  coğrafiya elminə olan marağı artırmaqdır.

Sonra İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxış edərək,  2 gün davam edəcək səfərin  Bakı-Şamaxı-İsmayıllı-Qəbələ marşrutu üzrə baş tutacağını və  bu ilin iyun ayının ortalarına planlaşdırıldığını diqqətə çatdırdı. H.Haqverdiyev elmi xarakter daşıyan bu tədbirdə alimlərimizin yerlərdə - icra hakimiyyəti, bələdiyyələr, ayrı-ayrı təsərrüfat sahələrində  kollektivlər ilə görüşlərdə iştirak  edəcəyini, onların  sakinləri maraqlandıran sualları cavablandıracaqlarını bildirdi.

Xüsusu video çəkilişləri və fotoşəkillərlə  müşayiət olunan yüksək səviyyəli tədbir əlaqədar saytlarda,  kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə geniş işıqlandırılacaqdır.