Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA Coğrafiya İnstitutunun Elmi Şurası
və Elmi Seminarının 2015-ci il, aprelin 1-də keçirilən növbəti iclasında Ç. Gülalıyevin “Torpağın istilik-elektrik xassələrinin nəmlikdən asılılığı” mövzusunda elmi məqaləsinin müzakirəsi keçirildi.
Sonra akademik R. Məmmədov Coğrafiya İnstitutunun 70 illik yubileyinə hazırlığın səviyyəsi barədə məlumat verdi. Yubileyin yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsinin tərkibi təsdiq edildi və qeyd olundu ki, tədbirlər planı hazırlanaraq təsdiq olunmaq üçün Elmi Şuraya təqdim olunsun.
Təşkilat komitəsinin tərkibi:
R.Məmmədov - İnstitutun direktoru, akademik;
E.Əlizadə - direktor müavini, AMEA-nın müxbir üzvü;
H.Haqverdiyev - həmkarlar komitəsinin sədri, c.ü.f.d.;
A.Osmanlı - direktor müavini, i.ü.f.d;
X.Tanrıverdiyev, şöbə müdiri, c.e.d;
Ə.Əliyev – şöbə müdiri, a.ü.f.d;
L.Salayeva – elmi katib.
Daha sonra AMEA-nın nəşrə hazırladığı “Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitabı üçün materialların toplanması şöbələrə tapşırıldı.