Coğrafiya İnstitutunda əməkdaşlar üçün CİS təlim kursu başa çatıb 2026-11-27 16:27:00 / MÜHÜM HADİSƏLƏR

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda əməkdaşlar üçün təşkil olunan coğrafi informasiya sistemləri (CİS) üzrə təlim kursu yekunlaşıb.

 Geoməkan analitikası və kartoqrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Natavan Cəfərovanın rəhbərliyi ilə keçirilən kursun əsas məqsədi əməkdaşların coğrafi informasiya sistemləri sahəsində bilik və praktiki bacarıqlarının artırılması olub.Təlim müddətində iştirakçılar coğrafi məlumatların emalı, təhlili və vizuallaşdırılması imkanları ilə seçilən ArcGIS platforması və ArcGIS Pro proqramının funksional imkanları ilə tanış olub, həmin proqramla işləmək üzrə praktiki bilik və vərdişlər əldə ediblər.

    Kursun sonunda iştirakçılara təlimi uğurla başa vurmalarını təsdiq edən sertifikatlar təqdim olunub.