Мartın 11-də Coğrafiya İnstitutun Elmi Şurası ilə Elmi Seminarının növbəti birgə iclası keçirilib.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasda Azərbaycanın torpaq ehtiyatları şöbəsinin müdiri, a.e.f.d., dosent İsmayıl Quliyevin "Böyük Qafqazın cənub yamacı və Acınohur öndağlığı torpaqlarında üzvü maddələrin toplanması və dinamikası" mövzusunda məruzəsi dinlənilib və əsərin çap olunması üçün "İzvestiya" qəzetinə təqdim edilməsi qərara alınıb.
Sonra Elmi Şuranın qərarı ilə “Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası” kitabına görə a.e.f.d., dosent İsmayıl Əhliman oğlu Quliyevin namizədliyi AMEA-nın Akademik Musa Əliyev adına mükafatına təqdim edilmək üçün irəli sürüldü.
Daha sonra İqlim və aqroiqlimşünasliq şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Tağıyeva Umayra Rauf qızının Beynəlxalq Meteorologiya Təşkilatının qərarı ilə ən yaxşı, yaradıcı 12 qadın meteoroloqların sırasına daxil edildiyi xüsusi qeyd edildi.