
05–09-da oktyabrın Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu PHŞ-in “Torpaqların münbitliyi” laboratoriyasının əməkdaşları Gəncə-Daşkəsən iqtisadi rayonunda beşgünlük elmi ekspedisiyada olublar.
Laboratoriyanın aparıcı elmi işçisi Xuraman Zeynalovanın rəhbərliyi ilə keçirilən ekspedisiyada laboratoriyanın əməkdaşları Yeganə Manafova, Rəna Bağırova, Elnarə Abasova, Səbinə Rəhimova və Nuridə Nəbiyeva iştirak ediblər.
Ekspedisiya “Gəncə-Daşkəsən iqtisadi rayonunda dağ boz-qəhvəyi torpaqların münbitliyinin formalaşmasında aqrobioekoloji amillərin tədqiqi” mövzusu üzrə elmi-tədqiqat işləri çərçivəsində təşkil olunub.
Ekspedisiyanın əsas məqsədi tədqiqat ərazisində dağ boz-qəhvəyi torpaqların münbitliyinin formalaşmasına təsir göstərən aqrobioekoloji amillərin öyrənilməsi, sahə müşahidələrinin aparılması və elmi araşdırmalar üçün müvafiq məlumatların toplanması olub.