Xəzər quruduqca "tarixi adalar" formalaşacaq? 2026-08-27 04:07:00 / MÜSAHİBƏLƏR

Xəzərin suyu geri çəkildikcə Qazaxıstan sahillərində yeni da formalaşıb. Maraqlıdır, dəniz qurumağa davam edərsə, Azərbaycan sahillərində də bu tip adalar ortaya çıxa bilər? Nəzərə alsaq ki, Xəzərin suyu müxtəlif dövrlərdə artıb və azalıb, onda ortaya çıxacaq adalarda keçmiş yaşam qalıntıları ilə rastlaşa bilərikmi?

Mövzu ilə bağlı Plat.az-a açıqlamasında coğrafiya elmləri doktoru, Elm və Təhsil Nazirliyinin Coğrafiya institutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri Səid Səfərov bildirib ki, dənizdə suyun səviyyəsi aşağı düşdükcə təzə adalar, yəni dayaz yerlər üzə çıxacaq:

"Əgər səviyyə aşağı düşməyə davam edərsə, belə hadisələrin təkraralanması artacaq, adaların sahəsi də get-gedə genişlənəcək".

    Mütəxəssis üzə çıxacaq yeni quru parçalarında qədim yaşam izləri ilə qarşılaşmaq məsələsinə də toxunub:

"Dənizdə suyun səviyyəsi aşağı düşdükcə keçmiş yaşam qalıntıları ilə çox güman ki, rastlaşa bilərik. Məsələn, Bayıl qalası var, bax görürsüz, o artıq görünür, elementləri açıq-aşkar üzə çıxır. Və su elə çəkilə bilər ki, daha dərində olan o keçmiş yaşam qalıqlarları, yaşayış sahələri, müdafiə istehkamları olubsa, onlar üzə çıxar. Hətta bəzi məlumatlara görə, vaxtilə elə dənizin altında şəhər də mövcud olub. Suyun səviyyəsi o qədər aşağı düşə bilər ki, həmin şəhərin də qalıqlarını biz müşahidə edə bilərik".

https://plat