Coğrafiya İnstitutunun əməkdaşları Böyük Qafqazın cənub yamacında ekoloji risklərin qiymətləndirilməsi üzrə ekspedisiya aparıblar 2026-07-28 15:20:00 / MÜHÜM HADİSƏLƏR

Respublika Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları haqqında” Fərmanını və Ümumdünya Səhiyyə Təşkilatının “Azərbaycanda havanın çirklənməsinin ən ciddi ekoloji problemlərdən biri olması” xəbərdarlığını əsas tutaraq AR Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu PHŞ əməkdaşları elmi-tədqiqat işləri aparmışlar.

Coğrafi ekologiya laboratoriyasının müdiri a.ü.f.d., dos. Ə.Əliyev, əməkdaşlar c.ü.f.d, dos. F.Xəlilov, a.ü.f.d. T.İslamzadə, kiçik elmi işçi R.Hüseynov 20-24 iyul tarixlərində “Böyük Qafqazın cənub yamacının şərq hissəsi və ona bitişik ərazilərdə (Şamaxı-İsmayıllı rayonları üzrə)” hesabat növzusu ilə ələqədar olaraq ekspedisiyada olmuşlar.

Tədqiqatın əsas məqsədi regionda ekocoğrafi şəraitin öyrənilməsi, vibrasiya və səs-küylə çirklənmə, hava keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsi, həmçinin ekoloji risklərin xəritələşdirilməsi olmuşdur. Ekspedisiya zamanı ərazidə müşahidələr aparılmış, geoinformasiya texnologiyaları vasitəsilə hazırlanmış xəritələr çöl şəraitində dəqiqləşdirilmişdir. Şəhər mühitində çirklənmənin qiymətləndirilməsi  məqsədilə torpaq və bitki nümunələri götürülmüşdür. Nümunələr hal-hazırda müxtəlif parametrlər üzrə analizə hazırlanır. Tədqiqat hal-hazırda kameral şəraitdə davam etdirilir.