
17 iyul 2026-cı il tarixində AR ETN Coğrafiya İnstitutunda iki dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Müzakirələrdə doktorant Aygün Kərimovanın “Tovuzçay hövzəsi torpaqlarının relyefin plastikası əsasında aqroekoloji qiymətləndirilməsi” və doktorant Ülkər Qədiyevanın “Dağlıq Şirvan iqtisadi rayonunda eroziya uğramış dağ boz-qəhvəyi torpaqların yaxşılaşdırılması və mühafizəsi” mövzusunda elmi-tədqiqat işləri təqdim olunub.
Hər iki müzakirə zamanı iddiaçılar tərəfindən aparılmış tədqiqatların əsas nəticələri təqdim edilib, dissertasiya işlərinin aktuallığı, elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə iştirak edən alim və mütəxəssislər mövzular ətrafında geniş fikir mübadiləsi apararaq tədqiqatlarla bağlı rəy və təkliflərini bildiriblər.
Müzakirələr çərçivəsində iştirakçıların ünvanladıqları suallar iddiaçılar tərəfindən ətraflı cavablandırılıb. Çıxış edənlər hər iki dissertasiya işinin torpaqşünaslıq sahəsində aktual problemlərin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini və əldə olunan nəticələrin praktiki tətbiq imkanlarına malik olduğunu qeyd ediblər.
Sonda keçirilən ilkin müzakirələrin nəticələrinə əsasən, Aygün Kərimovanın “Tovuzçay hövzəsi torpaqlarının relyefin plastikası əsasında aqroekoloji qiymətləndirilməsi” və Ülkər Qədiyevanın “Dağlıq Şirvan iqtisadi rayonunda eroziya uğramış dağ boz-qəhvəyi torpaqların yaxşılaşdırılması və mühafizəsi” mövzularında dissertasiya işlərinin növbəti mərhələyə təqdim olunması məqsədəuyğun hesab edilib.