
19-22 iyun 2026-cı il tarixlərində 25 ölkədən 125 şagirdin iştirak etdiyi II International Open Geography Olimpiadasında çıxış edən Azərbaycanlı şagirdlər bir gümüş və iki bürünc medala layiq görülüblər. Gümüş medalı Məryəm Quluzadə, bürünc medalları isə Yəhya Əhməd və Məhəmməd Abdulla qazanıblar.
28 iyun - 03 iyul tarixlərində isə 13 ölkədən 100 şagirdin iştirak etdiyi XII Avropa Coğrafiya Olimpiadasında iki şagirdimiz bürünc medala layiq görülüblər. Bürünc medalları Məhəmməd Abdulla və Yəhya Əhməd qazanıblar.
Coğrafiya olimpiadalarının hazırlıq dərslərində Coğrafiya İnstitunun əməkdaşları da yaxından iştirak edib. İnstitutun alimləri şagirdlərin hazırlıq mərhələsində fundamental elmi biliklərlə yanaşı, müasir dövrün tələblərinə uyğun olan iqlim dəyişiklikləri, dayanıqlı inkişaf, rəqəmsal texnologiya, turizm, sienergetik təhlillərin aparılması və digər istiqamətlərdə dərslər təşkil etmişlər.