
Respublikamızda qeyri-neft istehsalı sahələrinin inkişafı ilə əlaqədar dövlətimiz qarşısında bir sıra vəzifələr qoyulmuşdur. Bunlardan biri də yüksək məhsul əldə etmək məqsədilə kənd təsərrüfatı sahələrinin genişləndirilməsidir. Ölkə üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının 80%-i suvarılan torpaqların payına düşdüyü eçen suvarma rejiminə və suvarma normalarına düzgün riayət etmək vacib şərtlərdən biri hesab olunur.
Şirvan düzündə suvarılan ərazilərdə istifadəçilikdən asılı olaraq torpaqların aqrofiziki xassələrini tədqiq etmək məqsədilə Coğrafiya İnstitutunun əməkdaşları a.e.ü.f.d., dosent S.Ə.Köçərli, a.e.ü.f.d. Z.M.Vəliyeva, a.e.ü.f.d. E.M.Əhmədzadə, a.e.ü.f.d. Ş.A.Məmmədova və aparıcı-mühəndis A.R.Əhmədova Ucar rayonunda ekspedisiyada iştirak ediblər.
Ekspedisiya zamanı tədqiqat ərazisində taxıl, yonca və şum sahəsində 6 saat müddətində suhopdurma aparılmışdır. Bundan əlavə, həmin sahələrdə torpağın sıxlığı və eyni zamanda torpaqların təbii nəmliyi və digər fiziki-kimyəvi xassələrini müəyyən etmək məqsədilə torpaq nümunələri götürülmüşdür.