Coğrafiya İnstitutunun əməkdaşları Abşeron və cənub-şərqi Qobustanda səhralaşma proseslərini araşdırıblar 2026-05-25 14:25:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Coğrafiya İnstitutu PHŞ-in “Torpaqların rekultivasiyası” laboratoriyasının elmi işçiləri  Sübahət İsgəndərov, Çimnaz Baxşıyeva və Dəyanət Baxışov laboratoriya müdiri İsmayıl Quliyevin rəhbərliyi altında “Abşeron və cənub -şərqi Qobustanın torpaqlarının səhralaşması və ona qarşı kompleks mübarizə tədbirlərinin işlənməsi” mövzusu ilə əlaqədar tədqiqat rayonunda beş günlük ekspedisiyada olmuşlar.

Məqsəd, təbii və antropogen amillərin qarşılıqlı təsiri fonunda mövcud vəziyyəti qiymətləndirməkdən və negativ təsiri aradan qaldırmaq istiqamətində kompleks mübarizə tədbirləri işləməkdən ibaret olmuşdur.

Çöl tədqiqatı Duvannı-Torağay-Umbakı; Sanqaçal-Çeyildağ; Dəniz sahili-Qızıldaş-İlxıdağ; Xırdalan-Pereküşkül-Qobustan marşurutlar üzrə baş tutmuşdur.

Ayrı-ayrı marşurutlarda müqayisəli coğrafi metod əsasında təbii və antropogen amillər nəzərə alınmaqla qiymətləndirilmiş, xarakterik ərazilərdən bitki və torpaq nümunələri götürülərək analiz üçün laboratoriyaya gətirilmişdir.

Antropogen yüklənməni düzgün qiymətəndirmək üçün yerli əhali, heyvandarlıqla məşğul olan fermerlərlə söhbətlər aparılmışdır.

Bu tədqiqat işi 2024-2026-cı illəri əhatə edir. Çoxillik və son üç ilin monitorinq nəticələri tədqiqat rayonu torpaqlarının səhralaşması istiqamətində gedən prosesi düzgün qitymətləndirməyə imkan verəcəkdir.