
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və “Clean Air Fund” (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksəksəviyyəli forum təşkil olunub.Forumda AR ETN Coğrafiya İnstitutunun Beynəlxalq əməkdaşlıq sektorunun müdiri, c.ü.f.d. Elnur Səfərov da iştirak edib.