
Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinin 10 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış mütəxəssislər və rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə və digər rəsmi şəxslər çıxış edərək, mərkəzin fəaliyyətində fərqlənən əməkdaşların və tərəfdaş qurumların nümayəndələrinin əməyini yüksək qiymətləndiriblər.
Tədbir çərçivəsində Dövlət İmtahan Mərkəzi ilə uzun illər səmərəli əməkdaşlığa görə AR ETN Coğrafiya İnstitutu PHŞ-nin c.ü.f.d., dosent Həsən Nəbiyev fəxri fərmanla təltif edilib.