AR ETN Coğrafiya İnstitutunda elmi seminar keçirilib 2026-04-17 14:56:00 / ELMİ İCLASLAR

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda növbəti elmi seminar təşkil olunub. Seminar coğrafiya elmləri doktoru Nəriman Paşayevin sədrliyi ilə keçirilib. Seminarda institutun doktorantları öz elmi tədqiqat mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Doktorant Aysel Əliyeva “Milli parklar və onların turizm potensialı (Altıağac və Abşeron milli parkları nümunəsində)” mövzusunda təqdimat edib.

Doktorant Dilbər Əliyeva isə “Qazax-Tovuz iqtisadi rayonunda bitkiçiliyin ərazi təşkili və inkişaf perspektivləri” mövzusunda çıxış edib. Məruzələrdə aparılan tədqiqatların ilkin nəticələri seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Məruzələr ətrafında institutun alimləri tərəfindən müzakirələr aparılıb, doktorantlara mövzularla bağlı suallar ünvanlanıb və elmi tövsiyələr verilib.