Əməkdar elm xadimi, iqlimşünas alim Ənvər Şıxlinskinin anadan olmasının 115 illik yubileyinə həsr olunmuş “Azərbaycanda turizm potensialının qiymətləndirilməsi və təkmilləşdirilməsi yolları” Respublika Elmi Konfransı 2026-02-26 10:06:00 / MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə, Mingəçevir Dövlət Universitetinin tərəfdaşlığı əsasında əməkdar elm xadimi, iqlimşünas alim Ənvər Şıxlinskinin anadan olmasının 115 illik yubileyi münasibətilə təşkil olunan “Azərbaycanda turizm potensialının qiymətləndirilməsi və təkmilləşdirilməsi yolları” adlı Respublika Elmi Konfransı ölkənin turizm ehtiyatlarının elmi əsaslarla qiymətləndirilməsi, regional inkişaf strategiyalarının təhlili və davamlı turizm modelinin formalaşdırılması məsələlərinə həsr olunur. Konfrans 23–24 aprel 2026-cı il tarixlərində Mingəçevir Dövlət Universitetində keçiriləcəkdir.

Konfransın əsas məqsədi Azərbaycanın iqtisadi rayonlarında turizm potensialının mövcud vəziyyətini elmi metodlarla təhlil etmək, problemləri müəyyənləşdirmək və təkmilləşdirmə istiqamətində praktik tövsiyələr hazırlamaqdır.

 KONFRANSIN ELMİ BÖLMƏLƏRİ

  1. Coğrafi sistemlər və regional inkişafın nəzəri-metodoloji əsasları
    • Coğrafi tədqiqatların müasir metodologiyası
    • Məkan yanaşması və regional analiz
    • Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılması problemləri
    • Regional inkişaf modelləri və strateji planlaşdırma

II.  İqlim dəyişmələri və atmosfer prosesləri

  • Azərbaycanın iqlim ehtiyatlarının qiymətləndirilməsi
  • Qlobal iqlim dəyişmələrinin regional təsirləri
  • İqlim riskləri və adaptasiya tədbirləri
  • İqlimin turizm, kənd təsərrüfatı və su ehtiyatlarına təsiri
  • Atmosfer proseslərinin monitorinqi və modelləşdirilməsi

III.  Torpaq ehtiyatları, aqrokimya və landşaft-ekoloji sistemlər

  • Torpaq örtüyünün müasir vəziyyəti və qiymətləndirilməsi
  • Aqrokimyəvi göstəricilər və münbitlik problemləri
  • Torpaq deqradasiyası və eroziya prosesləri
  • Landşaft planlaşdırılması və məkan idarəçiliyi
  • Aqrar sektorun coğrafi aspektləri

IV. Təbii resurslar, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf

  • Təbii resursların kompleks qiymətləndirilməsi
  • Ekoloji tarazlıq və ətraf mühitin qorunması
  • Yaşıl iqtisadiyyat və ekoturizm
  • Qorunan ərazilərin inkişaf strategiyaları
  • Davamlı inkişaf məqsədləri və regional tətbiqlər

V. Turizm potensialı və ərazi inkişaf strategiyaları

  • Turizm ehtiyatlarının məkan təhlili
  • Regional turizm klasterlərinin formalaşdırılması
  • Turizmin sosial-iqtisadi təsiri
  • İnfrastruktur və investisiya mühiti
  • Təbii və mədəni irsin turizmə inteqrasiyası

VI.  İqtisadi coğrafiya, innovasiya və rəqabətqabiliyyətlilik

  • Regional iqtisadiyyat və məkan inkişafı
  • Turizm və iqtisadi artım modelləri
  • Rəqəmsal iqtisadiyyat və xidmət sektoru
  • İnnovasiya mühiti və sahibkarlığın inkişafı
  • İctimai-özəl tərəfdaşlıq mexanizmləri

VII.  Coğrafi informasiya sistemləri (CİS) və modelləşdirmə

  • CİS və məsafədən zondlama
  • Məkan məlumatlarının analizi
  • Rəqəmsal modelləşdirmə
  • Geoməkan texnologiyalarının tətbiqi

VIII.  Coğrafiya elminin tədrisi, elmi məktəblər və akademik irs

  • Əməkdar elm xadimi Ənvər Şıxlinskinin elmi irsi
  • Coğrafiya təhsilində innovativ yanaşmalar
  • İqlimşünaslıq məktəbinin inkişafı
  • Elmi tədqiqat və tədrisin inteqrasiyası

Qeyd: Məqalələr 15 aprel 2026-cı il tarixinə qədər qəbul edilir. Konfransın materialları rəydən keçdikdən sonra çap olunacaq. Məqalələrinizi – mövzu yerinə ad soyadınızı, bölməni yazıb [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Tel: +994 51 799 43 99 (Whatsapp)

MATERİALA OLAN TƏLƏBLƏR

Mətnin formatı: Microsoft Word (doc, docx)

Səhifənin formatı: А4

Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 см Çap: Times New Roman, ölçü (şrift) 12 Sətirarası interval: 1

Məqalənin həcmi: 4-7 səh.

Mətnin orijinallığı: ən azı 70%

MƏQALƏNİN TƏRTİBATI

Məqalənin içərisində mətnin yeri və quruluşu

Azərbaycan dilində:

  • Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);
  • Müəllifin A.A (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 12);
  • Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
  • İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
  • Xülasə (100-150 söz, şrift 11);
  • Açar sözlər (5-7 söz, şrift 11); Bir sətir aralı:

İngilis dilində:

  • Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);
  • Müəllifin A.A (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 12);
  • Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
  • İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
  • Xülasə (100-150 söz, şrift 11);
  • Açar sözlər (5-7 söz, şrift 11); Bir sətir aralı:
  • Məqalənin əsas mətni verilir (şrift 12, sətirlərarası interval – 1);

 

  • Giriş
  • Təhlil və müzakirə
  • Nəticə

 

  • Ədəbiyyat siyahısı: məqalənin sonunda "Ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 12). (Müəllifin soyadı, A. (İl). Mənbənin adı. Mənbə haqqında məlumat. DOI və ya URL) Kitab

Format: Soyad, A. A. (İl). Kitabın adı. Nəşriyyat.

Nümunə: Əliyev, R. (2020). Təhsildə innovativ yanaşmalar. Bakı Nəşriyyatı.

✔ Kitabın adı kursiv yazılır

✔ Nəşriyyat şəhəri yazılmır (APA 7-də tələb olunmur)

Elmi Jurnal Məqaləsi

Format: Soyad, A. A. (İl). Məqalənin adı. Jurnalın adı, Cild (Nömrə), səhifələr. https://doi.org/xxxxx Nümunə: Məmmədov, T. (2021). İnklüziv təhsilin metodoloji əsasları. Azərbaycan Təhsil Jurnalı, 15(2), 45–60. https://doi.org/10.1234/abcd

✔ Jurnalın adı və cild nömrəsi kursiv yazılır

✔ Nömrə (issue) mötərizədə yazılır və kursiv deyil

✔ DOI varsa mütləq göstərilməlidir

Konfrans Materialı (Proceedings)

Format: Soyad, A. A. (İl). Məqalənin adı. In B. B. Redaktor (Ed.), Konfrans toplusunun adı (s. xx– xx). Nəşriyyat. DOI və ya URL

Əgər onlayndırsa: Soyad, A. A. (İl). Məqalənin adı. Konfransın adı. URL

Veb səhifə

Format: Təşkilat və ya Müəllif. (İl, Ay Gün). Başlıq. Saytın adı. URL

Nümunə: UNESCO. (2022, March 15). Education for sustainable development.

https://www.unesco.org/...

✔ “Retrieved from” yazılmır

✔ URL-dən sonra nöqtə qoyulmur

  • Mətndə ədəbiyyata istinadlar APA 7 (American Psychological Association, 7th edition)

istinad formasında aşağıdakı kimi göstərilir:

Mətn daxilində istinad

APA 7-də istinad mətn daxilində müəllifin soyadı + nəşr ili formatında verilir.

Bir müəllif: Parafraz: (Əliyev, 2020)

  • Cümlə daxilində: Əliyev (2020) qeyd edir ki, ...

İki müəllif: (Əliyev & Məmmədov, 2021)

Üç və daha çox müəllif: İlk istinaddan etibarən: (Əliyev et al., 2022)

Birbaşa sitat (səhifə nömrəsi ilə): (Əliyev, 2020, s. 45) və ya Əliyev (2020) yazır: “...” (s. 45).