AR ETN Coğrafiya İnstitutunda BƏƏ-nin ASAI Global MMC şirkəti ilə aqrar əməkdaşlıq müzakirə olunub 2026-02-03 14:56:00 / MÜHÜM HADİSƏLƏR

       Birləşmiş Ərəb Əmirliklərinin ASAI Global MMC şirkətinin əməkdaşları AR ETN Coğrafiya İnstitutunda olublar. Görüş zamanı institutun “Torpaq ekologiyası” laboratoriyasının əməkdaşları ilə birgə Azərbaycan torpaqları, onların aqroekoloji vəziyyəti və istifadə xüsusiyyətləri ətrafında müzakirələr aparılıb.Görüşün əsas məqsədi ASAI Global MMC tərəfindən gələcəkdə Azərbaycanda aqrar sahəyə investisiya qoyulması və həyata keçirilməsi planlaşdırılan pambıq becərilməsi layihəsinin ilkin müzakirəsi olub.

    Sonda ASAI Global MMC-nin nümayəndələri ölkəmizdə icra olunacaq aqrar layihələr çərçivəsində Coğrafiya İnstitutu ilə birgə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.