Afinaya səfər edəcəklər 2014-11-03 22:35:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və institutun aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimov bu il noyabrın 5-dən 10-dək Afina şəhərində keçiriləcək İqlim Dəyişmələri üzrə tematik görüşdə iştirak edəcəklər.

      Aİ və Şərqi Avropadan bir neçə alimin seçildiyi bu görüşün məqsədi Avropa İttifaqı (EU) və Şərqi Avropa Partnyorlarının (EAP) Elmi-Texniki Maraqlarını nəzərə alaraq iqlim dəyişmələri ilə əlaqədar tədqiqat istiqamətləri və mövzuları müəyyənləşdirməkdir.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019