Doktorant və dissertantlar ixtisas imtahanı veriblər 2025-12-25 15:44:00 / MÜHÜM HADİSƏLƏR

AR ETN Coğrafiya İnstitutunda 23 və 25 dekabrda fəlsəfə doktoru hazırlığı üzrə doktorluq ixtisas imtahanları keçirilib.

İmtahanlarda torpaqşünaslıq ixtisası üzrə 1 nəfər, ekologiya – 2 nəfər, meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi – 1 nəfər, fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası ixtisası üzrə 1 nəfər iştirak edib. Əlavə olaraq 3 nəfər fərq doktorluq imtahanı verib.

İmtahan komissiyası doktorant və dissertantların biliklərini müvafiq ballarla qiymətləndirib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025