MDU-nun tələbələri üçün ustad dərsi keçirilib 2025-12-11 15:48:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Təhsil şöbəsinin müdiri, c.ü.f.d. dosent Müseyib Yunusov Mingəçevir Dövlət Universitetinin tələbələrinə onlayn formatda ustad dərsi keçib.

Dərsdə Turizm bələdçiliyi ixtisası üzrə təhsil alan birinci kurs tələbələri, kafedra müdiri Nüşabə Qədirli, coğrafiya müəllimi Aysel Qocayeva və başqaları iştirak ediblər.

 “Azərbaycanın kənd təsərrüfatı coğrafiyası və torpaqların ekologiyası” mövzusunda dərs keçən M.Yunusov sonunda tələbələri maraqlanıran sualları cavablandırıb.

 

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025