Cİ nümayəndələri “Xəritəçilik İşçi Qrupu”nun iclasında iştirak ediblər 2025-12-04 13:45:00 / MÜHÜM HADİSƏLƏR

 AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi katibi c.ü.f.d dosent Səidə Zeynalova və Geoinformatika və kartoqrafiya şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylı 2-3 dekabr 2025-ci il tarixlərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Bakıda keçirilən “Xəritəçilik İşçi Qrupu”nun ikinci iclasında iştirak ediblər.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya və kartoqrafiya sahəsinə cavabdeh qurumlarının nümayəndələri iştirak edib.

Görüş zamanı həmçinin işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu – WUF13 üzrə hazırlıq prosesi, gündəlik istiqamətlər və regional əməkdaşlıq imkanları barədə qonaqlara geniş təqdimat olunub.

İştirakçılar türk dövlətlərinin nümayəndələri ilə institutlararsı təcrübə mübadiləsinin aparılması və coğrafi məlumatların effektiv istifadəsi istiqamətində əməkdaşlıq imkanlarının artırılmasını müzakirə ediblər.

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025