
AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Mirzo Uluqbəy adına Özbəkistan Universiteti arasında bağlanmış memoranduma əsasən Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən c.ü.f.d., dos. Zaur İmrani, elmi katib, c.ü.f.d., dos. Səidə Zeynalova, “Geomorfologiya və təbii risklər” şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Samirə Abuşova tərəfindən 27 sentyabr 2024-cü ildən 10 may 2025-ci ilə qədər Özbəkistan Universitetinin Coğrafiya və Geoinformasiya Sistemləri fakültəsinin tələbələrinə əyani və distant formatda müxtəlif elm sahələrində dərslər təşkil edilmişdir.
Fiziki coğrafiya, regional ölkələr və onların təbii şəraiti, təbii ehtiyatları, toponimika və tarixin yaddaş adlarını özündə əks etdirən tarixi abidələr, məkan məlumatlarının modelləşdirilməsi, turizm və rekreasiya işinin təşkili, Türk Dünyası, eləcə də Tarixi İpək Yolunun keçdiyi ərazilərin iqtisadi coğrafi problemləri, geomorfologiya və fundamental geologiya və s. istiqamətlər üzrə apardıqları dərslərə görə institutumuzun əməkdaşları Mirzo Uluqbəy adına Özbəkistan Universitetinin rektoru tərəfindən sertifikatlarla təltif olunublar. Bu sertifikatlar gələcək tədqiqatlar və monoqrafiyalar üzərində çalışmalar aparılması üçün bir addım kimi qiymətləndirilir.