Oktyabrın 29-da Coğrafiya İnstitutu Elmi Şurasının iclası keçirildi.
İlk növbədə institutun baş elmi işçisi c.ü.e.d. Hüseyn Xəlilovun məqaləsi müzakirə edildi və “Xəbərlər” jurnalında çap edilmək üçün təqdim olunması haqqında qərar qəbul edildi.
Məlum olduğu kimi, 2015-ci ildə institutun 70 illik yubileyi qeyd ediləcək. Bu məqsədlə, institut rəhbərliyinin hazırladığı tədbirlər planı Elmi Şura üzvlərinin müzakirəsindən sonra qəbul edildi. Bu münasibətlə institutun fəaliyyətini özündə əks etdirəcək kitabın və məlumat kitabçasının hazırlanması da qərara alındı.
Sonra institutun keçmiş aspirantı A.B.Hacıyevin coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün hazırladığı dissertasiya işinin adında redaktə xarakterli dəyişiklik edilməsi Elmi Şura tərəfindən bəyənildi. Eyni zamanda, akademik B.Budaqovun dünyasını dəyişməsi ilə əlaqədar olaraq institutun iqlim və aqroiqlimşünaslıq şöbəsinin müdiri, c.ü.f.d. Xəyyam Rəhimov A.Hacıyevin elmi rəhbəri təyin edildi.