Coğrafiya İnstitutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov Avrasiya Biznes və İqtisad Cəmiyyətinin oktyabrın 23-dən 25-dək İspaniyanın Barselona şəhərində təşkil etdiyi 14-cü Beynəlxalq konfransından geri dönmüşdür. Gənc alim Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş “Mobillik-5” qrant müsabiqənin Yer elmləri bölməsi üzrə qalibi olduğuna görə Fondun maliyyə dəstəyi ilə konfransda iştirak edirdi.
Dünyanın 61 ölkəsindən olan 450-dən artıq tədqiqatçının iştirak etdiyi həmin konfransda R.Kərimov “Azərbaycanın regionlarında qeyri-neft sektorunun inkişafı: meyllər və perspektivlər” adlı məruzə ilə çıxış etmiş, müvafiq sertifikata layiq görülmüşdür.