Cİ-də təcrübə keçən xarici tələbələr elmi seminarda çıxış ediblər 2025-10-15 13:32:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Almaniyanın Yustus Libix Gissen Universitetinin Coğrafiya Departamenti arasında bağlanmış memoranduma əsasən təcrübə keçmək üçün Azərbaycanın Coğrafiya İnstitutuna ezam edilmiş Gissen Universitetinin 6 tələbəsi elmi seminarda təqdimatla çıxış edib.

“Şəki şəhəri”, “İctimai nəqliyyat: Bakı-Frankfurt”, “Almaniyada çörəyin tarixi” adlı mövzularda təqdimatlar maraqla qarşılanıb. Azərbaycanın tarixi və təbiət abidələri haqqında məlumat verən tələbələrin çıxışı seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilib, suallara verilən cavablar qənaətbəxş hesab edilib.

Tədbirin sonunda İnstitut rəhbəri alman tələbələrə sertifikat təqdim edib və onlara təhsildə, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

 

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025