AIP Advances jurnali tərəfindən rəyçi alimə təşəkkür edilib 2025-10-08 16:19:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, t.e.ü.f.d. İsmayıl Zeynalov AIP Advances jurnalında dərc edilməsi üçün Çin Xalq Respublikasının Çjetszyan Texnologiya Universitetinin professoru Ven-An Çjanın “Səma cisimlərinin yaratdığı istilik enerjisinin hesablanmasının riyazi üsulu” mövzusunda yazdığı məqaləyə rəy yazıb.

AIP Advances tətbiqi, nəzəri və eksperimental jurnal olaraq, fizika elminin bütün sahələrində tədqiqat işlərini dərc edən açıq girişli dərgidir və ABŞ-ın Fizika İnstitutu tərəfindən nəşr edilir.

AIP Advances jurnalında rəyçi qismindəki fəaliyyətinə görə redaksiya tərəfindən İ.Zeynalova təşəkkür edilib və sertifikat təqdim edilib.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025