R.Əmənov təlim kursunu başa vurdu 2014-10-12 22:14:00 / TƏDBİRLƏR

Coğrafiya İnstitutunun əməkdaşı və doktorantı Rauf Əmənov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Əhali məskunlaşmasının Arc GİS proqram təminatı imkanlarından istifadə edərək öyrənilməsi” adlı təlim kursunu başa çatdırmışdır.

Böyük Britaniyanın Edinburq şəhərində ESRİ UK-nin ofisində həyata keçirilən təlim ArcGİS10.x desktop üçün inkişaf etdirilmiş bacarıqlar (Enhanced Skills for ArcGIS 10.x for Desktop) və ArcGIS 10.x məkansal analizdən istifadə edərək raster məlumatların geo emalı (Geoprocessing Raster Data using ArcGIS 10.x Spatial Analyst) olmaqla 2 hissədən ibarət idi.

R.Əmənov təlim kursunu uğurla başa vuraraq ESRİ-nin sertifikatları ilə təltif olundu.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019