AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçiləri, c.e.d. dosent Sevil Quliyeva və c.ü.f.d. dosent Elina Kərimova avqustun 20-də Xəzər Universitetində “Davamlı üzvi çirkləndiricilər və köhnəlmiş pestisidlər sahəsində ekoloji təşəbbüslərin irəlilədilməsində netvorkinqin rolu” mövzusunda keçirilən Dəyirmi Masada iştirak ediblər.
Regional Kimyəvi Təhlükəsizlik, Davamlı üzvi çirkləndiricilər (DÜÇ) və köhnəlmiş pestisidlər şəbəkəsi – “ToxicNet” in fəaliyyəti çərçivəsində təşkil olunmuş görüş zamanı davamlı DÜÇ və köhnəlmiş pestisidlərin idarə olunması ilə bağlı əsas problemlər və çağırışlar geniş müzakirə olunub, iştirakçılar arasında uğurlu təcrübə mübadiləsi aparılıb. Müzakirələrdə fəal iştirak edən coğrafiyaçı alimlər bir sıra vacib məqamları önə çəkiblər.
Diskussiya nəticəsində ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək birgə həll yolları və tövsiyələr irəli sürülüb.
Tədbirin sonunda iştirakçılara xüsusi sertifikat təqdim olunub.