Elmi işçilər Şamaxı və İsmayıllı ərazilərinin toponimlərini tədqiq ediblər 2025-08-25 17:01:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi, c.ü.f.d.  Natiq Babayev  və Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Nicat İmamverdiyev avqustun 13-dən 22-dək 10 gün müddətində Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olublar.

Məqsəd adı çəkilən rayonlar üzrə mövcud olan coğrafi adların yayılma arealını müəyyənləşdirmək, onların müxtəlif mənbələrdə işlənilməsinin, aşkarlanıb üzə çıxarılmasının nominativ təsnifatını vermək, yaranma yollarının xarakterlərinə görə mənimsənilmə potensialını qiymətləndirmək və yeni coğrafi adları müəyyən etmək olub.

 N.Babayevin sözlərinə görə ən qədim insanların məskən saldığı bu yaşayış yerlərində xalqımıza məxsus toponimlərın öyrənilməsi mühüm tarixi, siyasi, elmi və praktiki əhəmiyyət kəsb edir. Ekspedisiya zamanı Şərqi Zəngəzur iqtisadi rayonunda mövcud olan etnotoponimik coğrafi adlar sırasında Şamaxı rayonunun ərazisində də bir sara paralellərin olduğu müəyyən edilib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025