Elmdə korrupsiyaya qarşı mübarizə strategiyasına dair məruzə dinlənilib 2025-06-19 15:12:00 / ELMİ İCLASLAR

Baş direktor v.i.e  dosent Zaur İmraninin sədrliyi ilə AR ETN-nin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  Elmi seminarı keçirib.

Ekocoğrafiya şöbəsinin müdiri dosent Ənvər Əliyevin “Elmdə şəffaflıq və korrupsiyaya qarşı mübarizə strategiyaları” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın qəbul edildiyini  bildirən məruzəçi elmdə korrupsiyanın olmasının cəmiyyətin gələcək inkişaf potensialının məhv olmasına gətirib çıxardığını diqqətə çatdırıb. Elmin keyfiyyətli və dayanıqlı inkişafı üçün şəffaflıq və ədalətli idarəçilik zəruridir.  Korrupsiyaya qarşı mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün ictimaiyyətin maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilməli, digər ölkələrin təcrübəsindən istifadə olunmalı, kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla əməkdaşlıq edilməlidir.