AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani və baş meneceri Həmdulla Əliyev Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda olublar.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev qonaqları institutun şöbələri, laboratoriyaları və təcrübə sahələri ilə tanış edib. Səmərəli keçən danışıqlar əsasında müəssisə rəhbərləri elmi əlaqələrin genişləndirməsi məqsədi ilə tərəflər arasında memorandum imzalanması haqqında razılığa gəliblər. Memorandumda birgə elmi layihələrin və digər elmi işlərin həyata keçirilməsi planlaşdırılır.